Xəzər Xəbər

Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı

Gündəm | 16:58 • 27 İyun 2018
Azərbaycan Rusiyanın bəzi bölgələrindən quş əti idxalını dayandırdı

Xəbər verdiyimiz kimi, Beynəlxalq Epizootik Büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen quş qripi qeydə alıb. Artıq Belarus və Qazaxıstan bu ərazilərdən sözügedən məhsulların idxalını dayandırıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Oxu.Az-a açıqlamasına görə, Azərbaycan sözügedən ərazilərdən quş ətinin idxalını dayandırıb:

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Moskva və Moskvaərtafı bölgədə quş qripi təhlükəsi ilə bu məhsulların idxalına qadağa qoyub. Bu səbəbdən biz də həmin ərazilərdən quş əti məhsullarınınidxalına məhdudiyyətlər tətbiq etmişik”.

Qərarın hansı müddətə qədər davam edəcəyinə gəlincə, Y.Xanvəli bildirdi ki, bu,xəstələyin nə zaman aradan qaldırılmasından asılıdır. Onun sözlərinə görə, qadağa beşay da qüvvədə ola bilər.

Y.Xanvəli onu da əlavə etdi ki,iyul ayının 1-dən Baytarlıq Xidmətinin bu səlahiyyətini Qida Təhlükəsizliyi Agentliyi icra edəcək.

O, Azərbaycanın Rusiya, Ukrayna və Gürcüstandan quş əti və məhsulları idxal etdiyini vurğuladı:

"Məsələn, Dağıstanda eyni vəziyyət qeydə alınmadığından oradan quş ətinin idxalı dayandırılmayıb”.

Nəzərə çatdıraq ki, Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev Rusiyada quş əti idxal edilmədiyini bildirir.

Onun sözlərinə görə, Azərbaycanquş ətinə tələbatını yerli istehsal hesabına ödəyir.

Bu arada, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel aylarında quş əti və onun əlavə məhsulları – 13,3 faiz azalıb. Hansı ki, ilin əvvəlində bu rəqəm üçdəfə artmışdı.

Xəbər lenti