Xəzər Xəbər

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Gündəm | 12:13 • 27 İyun 2018
Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.


Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Xəbər lenti