Xəzər Xəbər

Tunis və Kamerun prezidentləri İlham Əliyevə məktub göndərdi

Gündəm | 14:21 • 21 İyun 2018
Tunis və Kamerun prezidentləri İlham Əliyevə məktub göndərdi

Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi və Kamerun Respublikasının Prezidenti Pol Biya Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub göndərib.

Tunis Prezidenti Beji Kaid əs-Sebsinin məktubunda deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulamaqdan böyük məmnunluq hissi keçirirəm.

Mən, həmçinin fürsətdən istifadə edərək, dost xalqlarımızın qarşılıqlı marağı naminə ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirmək üçün Zati-alinizlə birgə işləmək arzusunda olduğumu bildirməkdən məmnunluq duyuram".

Kamerun Respublikasının Prezidenti Pol Biyanın məktubunda isə bunlar yer alıb:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Gününün yaratdığı xoş fürsətdən istifadə edərək Sizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

Xəbər lenti