Xəzər Xəbər

Elmar Məmmədyarov Belarusa səfər edib

Gündəm | 11:36 • 21 İyun 2018
Elmar Məmmədyarov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, E.Məmmədyarov iyunun 21-22-də Minskdə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.


Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti