Xəzər Xəbər

Bakı əhalisinin 81,5 faizinə fasiləsiz su verilir

Gündəm | 09:59 • 5 İyun 2018
Bakı əhalisinin 81,5 faizinə fasiləsiz su verilir
Ölkə üzrə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq 1 milyon 410 minə çatıb.

 

XəzərXəbər xəbər verir ki, bunu "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "Azəraycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.


"Azərsu” ASC-nin sədri vurğulayıb ki, son 14 ildə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib.


Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 2004-cü illə müqayisədə 26 faizdən 67,5 faizə qalxıb.

Xəbər lenti