Xəzər Xəbər

İyunun 21-də buraxılış imtahanı keçiriləcək

Gündəm | 10:13 • 4 İyun 2018
İyunun 21-də buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyun ayının 21-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Bildirilib ki, iyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Xəbər lenti