Xəzər Xəbər

Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Gündəm | 11:11 • 3 İyun 2018
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək Fransada səfərdə olacaq.


Parlamentin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Parisdə keçiriləcək iclaslarda Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni texnoloji vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspor təşkilatlarının fəaliyyəti, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.


Milli Məclisin deputatı müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.


Daha sonra Sahibə Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə "Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Xəbər lenti