Xəzər Xəbər

Kimya Qoşunlarında yarış keçirilir FOTOLAR

Gündəm | 11:25 • 2 İyun 2018
Kimya Qoşunlarında yarış keçirilir
Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında "Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, yarışda taqımların şəxsi heyətinin kütləvi qırğın silahlarından mühafizə texnikası, ştat cihaz, xüsusi texniki vasitə və qurğuları işə hazırlaması, eləcə də hərbi kimyaçıların müəyyən edilmiş normativlərin yerinə yetirilməsi bacarıqları yoxlanılır.



Nəticələrə əsasən heyətlərin kütləvi qırğın silahlarından mühafizə, xüsusi və taktiki-xüsusi hazırlıqlarına uyğun olaraq ən yaxşı taqım müəyyən ediləcək.





Xəbər lenti