Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən
müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər
rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt
bölmələrində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov hərbi hissələrin
döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini
müşahidə edib və müvafiq tapşırıqlar verib.
Hərbi
birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə müdafiə naziri
Azərbaycan ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın
müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah
növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə
çatdırıb.
Düşmənlə
qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir Ali Baş Komandanın
tapşırıqlarını, qarşıda duran vəzifələri, eləcə də düşmənin istənilən
təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri
şəxsi heyətə çatdırıb.
Hərbi
qulluqçular müdafiə nazirinə müraciət edərək işğal altında olan
torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını
bildiriblər.