"Rəsmi Bakı
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında
irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır”.
Bunu Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın son
açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə,
substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi
köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır.
XİN
rəsmisi bildirib ki, tərəflər arasında danışıqlarla əlaqədar görüşün
keçirilməsi barəsində Azərbaycana təkliflər daxil olduğu halda mətbuata
bu barədə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Ermənistanın
xarici işlər naziri Zoqrab Mnatsakanyan "Armenia” telekanalına bildirib
ki, baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.