Milli Məclisin bu gün keçirilən plenar iclasında "Torpaq icarəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. XəzərXəbər xəbər verir ki, dəyişikliklə Azərbaycanda dövlət mülkiyyətində olan
kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin
xüsusiyyətləri müəyyənləşib.
Qanuna əlavə edilən 10-1-ci (Dövlət
mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə
verilməsinin xüsusiyyətləri) maddəyə əsasən, dövlət mülkiyyətində olan
kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə götürmək istəyən
şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana ərizə ilə
müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti
göstərilir.
Ərizəyə bu sənədlər daxildir: Ərizəçi fiziki şəxs
olduqda, şəxsiyyət vəsiqəsinin surəti, huquqi şəxs olduqda isə hüquqi
şəxslərin dövlət treyesterindən çıxarışın surəti, ərizəçinin vergi
ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamə nin
surəti, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
tərəfindən müəyyən olunan formada torpaq sahəsindən istifadənin iqtisadi
əsaslandırılması, torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq
istifadəçisinin razılığını təsdiq edən sənəd.
Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan təqdim olunan ərizəyə və ona
əlavə olunan sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi
hərəkətlərdən birini edir:
1.Torpaq sahəsinin icarəyə verilməsini
məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş
sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan
çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən
imtina edilməsi barədə inzibati aklt qəbul edir. Bu inziobati akt torpaq
sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad istinad
edilməklə, əsaslandırılmalıdır.
Torpaq sahəsinin icarəyə
verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin
rəy sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq
alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana göndərir.
Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan ərizədə və ona əlavə edilən sənədlərdə
aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə
verilməsindən imtinaya səbəb olmayan şatışmazlıqlar aşkar etdikdə,
ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların
aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir. Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq alınması üçün təqdim
olunan müraciətə dövlət kadastrının məlumatları əsasında 15 gün
müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razəılıq verir
və ya həmin müraciət və olunan sənədlər kadastr məlumatları ilə
uyğunsuzluq təşkil etdikdə dövlət torpağını ivcarəyə verilməsinə razılıq
vermir. Müvafiq icra hakimyyətin orqanının müəyyən etdiyi orqanının
icarə müqazviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə
qərarı imtina hallarına istinad edeilməklə, əısaslandırılmalıdır.
Müvafiq
icra hakimyyətin orqanının müəyyən etdiyi orqan razılıq alınması üçün
təqdim edilən müraciətə 30 gün müddətində münasibət bildirmədikdə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan razılıq
verilməsi prezumpsiyasından çıxış edir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.