Xəzər Xəbər

Mikayıl Cabbarov vergi yükünün azaldılmasından DANIŞDI

Gündəm | 14:19 • 31 May 2018
Mikayıl Cabbarov vergi yükünün azaldılmasından

"Mövcud vergi yükü ilə vergi mədəniyyəti arasındakı fərq qənaətbəxş deyil. Vergi mədəniyyəti deyəndə vergi inzibatçılığı, habelə könüllü ödənişləri də əsas götürürük”.

XəzərXəbər-in xəbərinə görə, bu sözləri vergilər naziri Mikayıl Cabbarov 2017-ci il büdcə layihəsinin icrası ilə bağlı Milli Məclisdə çıxışı zamanı deyib.

Nazir bu il vergi gəlirlərində çatışmazlığın aradan qaldırılması üçün qarşıya qoyulan tapşırıqlardan da danışıb:

"Ölkə Prezidenti tərəfindən qarşımıza qoyulan əsas tapşırıq orta sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın təmin edilməsindən ibarətdir. Kölgə iqtisadiyyatının azaldımasına yönəlmiş tədbirlər, hesabatlılığın artırılmasına yönəlmiş islahatları, fiziki şəxslərin gəlir vergisi ilə bağlı təkliflər hazırlamışıq. Onu da vurğulayım ki, burada millət vəkilləri tərəfindən səslənən hər bir təklif nəzərə alınacaq. Hesab edirəm ki, indi daha detallı məlumat vermək çox erkən olardı”.

Xəbər lenti