Xəzər Xəbər

Gələn ildən ailə həkimi ixtisası təmin ediləcək

Gündəm | 12:42 • 30 May 2018
Gələn ildən ailə həkimi ixtisası təmin ediləcək

Mayın 30-da Azərbaycan Tibb Universitetində (ATU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin (SN) dəstəyi ilə "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu” mövzusunda tələbə və rezidentlərlə görüş keçirilib.

XəzərXəbər xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Əməkdar həkimi, ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. O bildirib ki, ATU gələn ildən etibarən ailə həkimi ixtisası üzrə rezidentlərin təhsil almasını təmin edəcək. Rezidenturanı bitirənlər "ailə həkimi" ixtisasına yiyələnəcəklər.

Kafedra müdiri 2002-ci ildə ATU-da poliklinik terapiya kafedrasının bazasında ailə təbabəti kafedrası yaradıldığını da diqqətə çatdırıb.

Xəbər lenti