Xəzər Xəbər

“Regionlarda həkim çatışmazlığı var” Nazirlik rəsmisi

Gündəm | 12:16 • 30 May 2018
“Regionlarda həkim çatışmazlığı var”
"Azərbaycanda həkim çatışmazlığı əsasən regionlarda müəyyən ixtisaslar üzrədir".


Bunu Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova "Ailə həkimi İnstitutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə deyib. O, bildirib ki, rezidentlərin təyinatı ilə bu məsələnin həllinə çalışılır.


"Ailə təbabəti ixtisasının təşkil olunması üzrə iş gedir. Nazirlər Kabineti tərəfindən kənd yerlərində işləyən gənc kadrlar, o cümlədən səhiyyə kadrlarına stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirləri daha da təkmilləşdirmək və həvəsləndirmə ilə bağlı təkliflərimiz olacaq".

İTSDA -nın Səhiyyə departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova isə deyib ki, əgər əmək haqlarında bir dəyişiklik olmazsa, vəziyyətin yaxşılaşması sual altında qalacaq.

Xəbər lenti