Xəzər Xəbər

Strahan Edvard Corc Dankan və Vud Endryu Marlin Dostluq” ordeni ilə təltif edilib

Gündəm | 18:17 • 29 May 2018
Strahan Edvard Corc Dankan və Vud Endryu Marlin Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Strahan Edvard Corc Dankanın "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd edilir ki, "Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan "Dostluq” ordeni ilə təltif edilsin.


Prezident İlham Əliyev həmçinin Vud Endryu Marlinin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd edilir ki, "Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Vud Endryu Marli "Dostluq” ordeni ilə təltif edilsin.

Xəbər lenti