Xəzər Xəbər

“Əsrin kontraktı” Azərbaycana nəfəs verdi Azərbaycan Prezidenti

Gündəm | 17:00 • 29 May 2018
“Əsrin kontraktı” Azərbaycana nəfəs verdi

XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, 1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilib. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olub:

"1994-cü il sentyabrın 20-də "Əsrin kontraktı” imzalanmışdır. "Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış "Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. "Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün "Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın iri neft strategiyası icra olunmağa başlamışdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Xəbər lenti