Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı
Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və
Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi,
gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.
Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin
Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin
yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.