Xəzər Xəbər

"Cənub Qaz Dəhlizi yeni infrastruktur baxımından mühüm layihədir"

Gündəm | 10:20 • 29 May 2018
"Cənub Qaz Dəhlizi yeni infrastruktur baxımından mühüm layihədir"

"Prezident seçkilərində Azərbaycan prezidenti İlham Əliyevin qazandığı uğurlara görə onu təbrik edirəm".


Bunu bu gün Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışında bildirib.

Y. Sentyurin deyib ki, enerji təhlükəsizliyi və uğurlu əməkdaşlıq müttəfiqlikdən asılıdır: "Hazırda bu tədbirdə iştirak edən 19 qaz ixrac edən ölkə bu barədə düşünür. Kəmərlərin 63 faizi qaz ixracı üçün istifadə olunur. 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq. Avropa bazarı bundan sonra çox cəlbedici bazar olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur. Gələcəkdə qarşımızda duran saziş və layihələr baxımından bu layihə vacibdir. Bizim tərəfdaşlığımız Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin mərkəzində dayanır".

Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrikini də çatdırıb. (APA)

Xəbər lenti