Xəzər Xəbər

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Gündəm | 11:58 • 28 May 2018
Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Bu barədə xezerxeber.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.

Xəbər lenti