Məşhur müğənni-bəstəkar Emin Ağalarov Azərbaycanın "Xalq artisti" fəxri adına layiq görülüb. XəzərXəbər xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Ölkə
başçısının sərəncamına əsasən, "Xalq artisti" adına layiq görülənlər
arasında tanınmış şoumen Murad Dadaşov, müğənni Eyyub Yaquvov da var.