Xəzər Xəbər

28 may günü “ASAN xidmət” işləməyəcək

Gündəm | 15:21 • 25 May 2018
28 may günü “ASAN xidmət” işləməyəcək
28 may-Respublika günü münasibətilə "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən  XəzərXəbər-ə verilən məlumatda bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.


Qeyd edək ki, hazırda 13 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti