Xəzər Xəbər

Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib

Gündəm | 18:20 • 23 May 2018
Zakir Həsənov Kaspşiklə Qarabağı müzakirə edib
Mayın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti