Xəzər Xəbər

Atalarının adını daşıyan ŞƏHİD ÖVLADLARI

Gündəm | 13:08 • 22 May 2018
Atalarının adını daşıyan

"Şəhidlər ölmür... Şəhidlər qürur yerimizdir!.. Şəhidlik zirvəsinə yüksəlmək də hər kəsə nəsib olmur.

2016-cı ilin aprelində dörd günlük müharibə yaşadıq. Vətən uğrunda canını fəda edən oğullarımız sayəsində qalibiyyət şərbətini daddıq.

2017-ci ilin fevralında evlərimizə yenə şəhid tabutları gəldi. Onları da üçrəngli bayrağımıza büküb dəfn etdik.

Qürurla xatırlayacağımız və xatırladacağımız məqamlar digər məqamlar da var. Şəhid olan hərbçilərimizin dünyaya gələn övladları... O övladlar ki, atalarına onların üzlərini görmək belə nəsib olmadı.


Modern.az saytı 2016-cı ilin aprelində və 2017-ci ilin fevralında şəhid olmuş oğullarımızın üzünü görmədikləri övladları haqda bilgiləri təqdim edir.



2016-cı ilin aprelində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlaşəhid olmuş leytenant Qabil Orucəliyevihər kəs "övladının üzünü görməyən zabit" kimi tanıdı. Çünki Qabil şəhidliyə qovuşmazdan cəmi 3 gün əvvəl ilk övladı dünyaya gəlmişdi. Qabil Orucəliyevin oğlu şəhidimizin adını daşıyır.



2016-cı il aprelin 5-də cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olanbaş leytenantı Ziya Həsənovunda sonradan övladı dünyaya gəlib. Şəhidimizin arzusunu yerinə yetirən ailəsi uşağa Yağmur adı qoyub.



2016-cı ilin aprelində həlak olankiçik çavuş Səyyar Quliyevdə dünyaya gələn övladının üzünü görməyən şəhidlərimizdəndir. Səyyar Quliyev şəhidlik zirvəsinə yüksələndən 6 ay sonra qızı Zeynəb dünyaya gəlib.



2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttinin Füzuli-Xocavənd istiqamətində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanhərbçimiz Şahlar Nəzərovda əkiz övladlarının üzünü görmədi. Baş leytenant şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. Şahların ölümündən sonra dünyaya gələn iki oğul övladını indi babası böyüdür. Əkizlərdən biri Şahların adını daşıyır.



2017-ci ilin fevralında şəhid olanbaş leytenant Tural Haşımlıata olacağını ölümündən 6 saat əvvəl öyrənib. Tural Haşımlı şəhid olmazdan 7 ay əvvəl ailə həyatı qurmuşdu. Turaldan yadigar qalan oğul övladına elə Tural adı verilib.

Xəbər lenti