Xəzər Xəbər

“Ölkəyə əlavə xarici valyuta daxil olub” Nazir müavini

Gündəm | 11:51 • 22 May 2018
“Ölkəyə əlavə xarici valyuta daxil olub”
"Ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərin maliyyə təminatı təmin olunub. Ötən il ərzində xarici ticarət illik müqayisədə 12,3%, əmtəə ixracı 18,11% artıb, qeyri neft əmtəə ixracı 24,4% artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 mlrd. dollar artaraq ilin sonuna 41 mlrd. dollar səviyyəsini keçib”.


Bunu maliyyə nazirinin müavini Azər Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirə zamanı deyib.


Nazir müavini bildirib ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və ya 104,8% , xərcləri 25 mlrd. manat və ya 82,4% səviyyəsində icra olunub.

"İcmal büdcə kəsiri 1,1 mlrd. təşkil edib ki, bu da proqnoza nisbətən 9,5% bəndi azalaraq cəmi 1.6% təşkil edib. Dövlət büdcəsinin mədaxili 16 mlrd. 517 mln. manat və ya 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10 mlrd. 417 mln. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat, 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektoru hesabına təmin olunub ki, bu da 2016-cı ilə nisbətən 352 mln. manat və ya 4,3% çoxdur. Qeyri neft sektorundan daxilmolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52.3% təşkil edib. Dövlət Neft Fondundan 2017-ci ildə 6,100 mlrd. manat vəsait transfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. 2017-ci ildə Azərbaycan Mərkəzi Bankının mənfəətində 250 mln. manat dövlət büdcəsinə ödənilib”.

A.Bayramov qeyd edib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və ya 17 mlrd. 595 mln. manat səviyyəsində icra olunub ki, xərclərin 62%-i cari xərclərdir.

Xəbər lenti