Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti
Aleksandr Vuçiç mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli
lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. XəzərXəbər xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər
düzüb.
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident
Aleksandr Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını
ziyarət etdi.
Serbiya Prezidenti "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakının
mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və
şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.