Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159
ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu
ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin
qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib.
Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.
Faktla
bağlı sexin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib
olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən
fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.