Xəzər Xəbər

"Bakıda özümüzü dostlarımızın evində hiss edirik" Serbiya prezidenti

Gündəm | 15:04 • 21 May 2018
"Bakıda özümüzü dostlarımızın evində hiss edirik"
"Sizi ilk növbədə prezident seçkilərində böyük əminliklə əldə etdiyiniz qələbə münasibəti ilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzu edirəm. Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə də təbrik etmək istəyirəm”.


XəzərXəbər-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib. Onun sözlərinə görə, Serbiya Azərbaycan üçün dost ölkədir: "Biz Bakıda özümüzü ən yaxın dostlarımızın evində hiss edirik. Cənab prezident, mən sizin fəaliyyətinizə xüsusi önəm verirəm. Siz ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlamaq üçün böyük səy göstərirsiniz. Çünki hazır ki, çox gərgin bir şəraitdə ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, sizin siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu da çox çətin məsələdir. Biz Serbiya olaraq bu siyasətə çox böyük önəm və hörmət bəsləyirik. Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir”.


Aleksandr Vuçiç qeyd edib ki, Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var: "Eyni səviyyədə bizim də Azərbaycanda görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə Serbiya şirkətləri Azərbaycana cəlb oluna bilər. Məlumat üçün bildirim ki, bu il Serbiyada iqtisadi artım 4,5 faiz olub. Məndə olan məlumata görə, Azərbaycanın da qeyri-neft sektorunda 3 faiz artım olub. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm”.

Xəbər lenti