Xəzər Xəbər

ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın qərarı ziddiyyətlərlə doludur

Gündəm | 12:19 • 21 May 2018
ATƏT PA-nın vitse-prezidenti:

AŞPA-nın Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərarı ziddiyyətlərlə doludur, tam əsassızdır. Bu, olduqca ədalətsiz, qərəzli yanaşmadır. AŞPA heç bir halda öz dəyərlərinə hörmətsizlik etməməli, hər hansı sifarişlə bir ölkəni seçərək ona qarşı belə əsassız addım atmamalıdır.

Bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev deyib.

Azay Quliyev bildirib ki, Azərbaycan AŞPA-nın ən fəal üzvüdür və qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edir. Azərbaycanın AŞPA-dan çıxmaq kimi bir niyyəti yoxdur. Ola bilsin ki, buna cəhd edən qüvvələr var və onların məkrli planları Azərbaycan və Avropa arasında münasibətləri korlamağa istiqamətlənib.

Xəbər lenti