Səyyar ASAN xidmət 1 –
25 may Şabran rayonunda, 1 – 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7
– 26 may Ağstafa rayonunda, 8 may – 6 iyun Xırdalan şəhərində, 10 may –
9 iyun İmişli rayonunda, 11 – 25 may Buzovna qəsəbəsində, 18 – 29 may
Samux şəhərində, 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun
Salyan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər
üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına
alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz
əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının
təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki
pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata
keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha
rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün
əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.