Xəzər dənizinin hüquqi
statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin
xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun
növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana
şəhərində keçiriləcək.
Azərbaycan XİN-dən XəzərXəbər-ə verilən məlumata görə, Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən
rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi
nümayəndə heyəti bununla əlaqədar Astana şəhərində səfərdədir.
İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.