Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti
Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd
qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti
monitorinq həyata keçirib.
ETSN-dan XəzərXəbər-ə verilən məlumata görə, may ayının I ongünlüyündə Kür çayında suyun
sərfi aprel ayının III ongünlüyünə nisbətən 128 m3/san azalaraq 373
m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan
və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə
axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının
təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
May ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 7.45-8.22 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.