Azərbaycan Prezidenti
İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının
Sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Sədr, ölkənizdə baş vermiş
təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son
dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların
ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan
xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa
diləyirəm".