Azərbaycan prezidenti
İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi
ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərXəbər-in məlumatına görə, Bərdə şəhəri ərazisində Tərtər
çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun
yerində yeni körpünün tikilməsi məqsədi ilə "Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya
xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində
göstərilmiş məbləğin ilkin olaraq 3 milyon manatı Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.