Xəzər Xəbər

Azərbaycan Rusiya XİN-ə etirazını bildirəcək

Gündəm | 15:21 • 18 May 2018
Azərbaycan Rusiya XİN-ə etirazını bildirəcək
"Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir".

XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya separatçılarının lideri Raul Xadjimbanın Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski, habelə qondarma "DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.


"Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk" deyən nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq.

Xəbər lenti