Milli Məclisin iclasında Hesablama Palatasının 2017-ci ilə dair hesabatı dinlənilib. XəzərXəbər xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
Onun sözlərinə görə, Palatanın hesabatına əsasən, 2017-ci ildə
aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 mln. manat vəsait
əhatə olunub ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i
büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar
Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə
təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i
isə digər mənbələrdən ayrılan vəsaitlərdir.
"Hesabat ilində
aparılmış auditlərlə yanaşı müxtəlif sahələri və ayrılmış maliyyə
vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər
nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği
2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2,0 dəfə
çox olub.
Hesabatda 2017-ci ildə Palataya poçt, elektron poçt,
teleqram və faks vasitəsi ilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82
şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3% az
olduğu göstərilir".
V.Gülməmmədov qeyd edib ki, vəzifədən
sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə
4,9 % artıb. Sosial məsələlər ilə bağlı 62 ( 2016-cı il illə müqayisədə
10,7 % çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56
müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları
idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların
təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial
müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan
müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara
göndərilib.
"2017-ci ildə yalnız milli valyutada dövlət
büdcəsinə 2016-cı il ilə müqayisədə 50% çox vəsait bərpa edilib. 2017-ci
ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 694,1 min
manat, 62,4 min
ABŞ
dolları, və 775,4 Avro, qurumların hesablarına 1704,9 min manat,
əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə 2 519,2
min manat və 11,4 min
ABŞ
dolları, ümumilikdə 16 918,2 min manat, 73,8 min dollar və 775,4 Avro,
DSMF-in büdcəsinə 1 120,9 min manat məbləğində vəsaitin bərpası təmin
edilib.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bərpa edilmiş
vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı
dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur".
Qeyd
olunub ki, son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət
tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən
51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə
bərpa edilib.
Hesablama Palatasının nəzarət tədbirləri ilə
ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Hesabat dövründə
qurumlar tərəfindən 42 110,4 min manat məbləğində vəsaitin təyinatının
dəyişdirilməsi hallları müəyyən edilib. Hesabat ilində aparılmış
tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurum üzrə 92
halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə
imkan yaradıldığı qənaətinə gəlib.
Müzakirələrdən sonra Hesablama Palatasının hesabatı səsverməyə çıxarılaraq qəbul olunub.