Xəzər Xəbər

Azərbaycanın 3 şəhərinin baş planı hazırlanır

Gündəm | 16:01 • 17 May 2018
Azərbaycanın 3 şəhərinin baş planı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyə qədər ölkənin 41 şəhərinin baş planını hazırlayıb.

Bu barədə Komitənin sədri Samir Nuriyev məlumat verib.

O həmçinin bildirib ki, hazırda daha 3 şəhərin baş planı hazırlanır. Bu rəqəm ilin sonuna qədər artacaq. Bununla belə, S.Nuriyev söhbətin hansı şəhərlərdən getdiyini açıqlamayıb.

Xəbər lenti