Xəzər Xəbər

Trampın vəkili Qətərdən 1 milyon dollar rüşvət istəyib

Gündəm | 15:57 • 17 May 2018
Trampın vəkili Qətərdən 1 milyon dollar rüşvət istəyib
Donald Trampın vəkili Maykl Koen 2016-cı ildə prezident seçkiləri ərəfəsində Qətər hökumətindən yeni Ağ Ev rəhbəri ilə əlaqələr qurmaq müqabilində rüşvət istəyib. Bu barədə "Theintercept" yazıb.

Maykl Koenin Birləşmiş Ştatlarda seçkilər ərəfəsində Trampın prezident seçiləcəyi təqdirdə ABŞ hakimiyyətinə daxilolma və məsləhətləşmə imkanı təqdim etmək qarşılığında Qətər hökumətindən 1 milyon dollar tələb edib.

Lakin Qətərin XİN rəhbəri və Donald Trampın ilk təhlükəsizlik müşaviri Maykl Flaynın 12 dekabr 2016-cı ildə "Trump Tower"də görüşü zamanı Şeyx Məhəmməd bin Abdurrahman Əl-Sani bu təklifi rədd edib.

Qətərlə bağlı məsələ ötən həftə Maykl Koenin "AT&T", "Novartis" və "Columbus Nova" kimi şirkətlərdən Trampın ətrafına daxil olmaq qarşılığında pul almasının ortaya çıxmasından sonra məlum olub.

1 milyon dollar olayında adı hallanan Maykl Koen və Qətərin Vaşinqtondakı səfirliyi məsələni şərh etmək istəməyib./FaktXəbər

Xəbər lenti