"Bu gün Naxçıvan
Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının
qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə
bilər".
XəzərXəbər-in məlumatına görə, bunu Prezident İlham Əliyev
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib. Dövlət başçısı deyib
ki, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər
görülüb:
"Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız.
Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu
inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ
olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının
gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin
tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə
təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük
dərəcədə gücləndirə bilmişik.
Alınan müasir texnikanın demək olar
ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir.
Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir
texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və
düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda,
uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş
müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən
hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin
olunub. Bu məsələ daim diqqət mərkəzindədir".