Əlahiddə Ümumqoşun
Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri
keçirilib. Təlimlərdə düşmənin qəfil hücumunun dəf edilməsi və
müdafiənin əlverişli hədlər üzrə bərpası vəzifələri icra olunub.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, təlimlərdə bütün tapşırıqlar uğurla yerinə yetirilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Tapşırıqların
uğurla yerinə yetirilməsi bir daha göstərir ki, bu gün özünün yüksək
döyüş qabiliyyəti ilə seçilən və müasir hərbi texnikalarla tam təchiz
edilən Əlahiddə Ümumqoşun Ordu regiondankənar digər hərbi birləşmələrin
köməyi olmadan müstəqil şəkildə istənilən döyüş əməliyyatlarının
koordinasiyasını həyata keçirmək və qarşıya qoyulan bütün vəzifələri
dəqiqliklə yerinə yetirmək imkanına malikdir.