Xəzər Xəbər

Həmsədrlər Paşinyanla görüşəcəklər Paris bəyanatı

Gündəm | 19:49 • 15 May 2018
Həmsədrlər Paşinyanla görüşəcəklər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüş barədə bəyanat yayıb.


XəzərXəbər-in məlumatına görə, bəyanatda deyilir ki, görüşdə tərəflər sülh prosesinin irəliləməsi üçün mexanizmləri müzakirə ediblər.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik təmas xəttində vəziyyətin nisbətən sabit olması ilə bağlı iştirakçılara məlumat verib. Nazir Məmmədyarov Azərbaycanın tezliklə fəal danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Bundan əlavə, həmsədrlər cari ilin iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə görüşəcəklərinə ümidvar olduqlarını vurğulayıblar.

Xəbər lenti