Xəzər Xəbər

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri oldu

Gündəm | 18:03 • 15 May 2018
Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri oldu

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin I müavini vəzifəsində çalışmış Bəhruz Quliyev həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

DGK-dan "APA-Economics”ə verilən xəbərə görə, Komitə sədrinin digər əmrinə əsasən isə Biləsuvar Gömrük İdarəsinin rəisi Nazim Süleymanov təşkilati - ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncama götürülüb, həmin idarənin rəisi vəzifəsinə Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Musa Mirzəli təyin olunub.

Xəbər lenti