Xəzər Xəbər

Elçin Quliyev: Bakı marafonu artıq ənənəvi tədbirə çevrilib

Gündəm | 16:45 • 13 May 2018
Elçin Quliyev:

"Bakı Marafonu 2018” çox gözəl təşəbbüsdür. Bu təşəbbüsə biz də qoşulmuşuq. Bu yarışda iştirakımızla gənclərimizə nümunə göstəririk.

Bu fikirləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018”in iştirakçısı Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

Bakı marafonunun artıq ənənəvi tədbirə çevrildiyini qeyd edən Elçin Quliyev deyib: "Bu cür tədbirlər insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olmalarına töhfəsini verəcək. Gənclərimizin fiziki cəhətdən sağlam böyüməli, idmanla məşğul olmalı, Vətənimizə layiqli vətəndaş kimi formalaşmalıdırlar”.

Xəbər lenti