Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2018”in qalibi müəyyənləşib.
"Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Qlofrenko birinci olub.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Bakı
marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini
təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək
məqsədi ilə təşkil olunub.