Xəzər Xəbər

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Gündəm | 13:38 • 11 May 2018
Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək
Azərbaycan təbii qazını Türkiyəyə nəql edəcək Trans-Anadolu boru kəməri (TANAP) iyunun 12-də istifadəyə veriləcək.


XəzərXəbər-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq bildirib. Onun sözlərinə görə, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcək.

" Avropa "Nabucco” qaz kəməri layihəsini illərcə danışır. Amma bir addım irəli apara bilməyib. Lakin Azərbaycanla Türkiyə birgə əməkdaşlıqla böyük layihəni reallaşdırdı”.

Xəbər lenti