Xəzər Xəbər

Şadlıq evləri ilə bağlı yoxlamalar BAŞLANDI Nazirlikdən TÜSTÜ TƏDBİRİ

Gündəm | 13:02 • 11 May 2018
Şadlıq evləri ilə bağlı yoxlamalar BAŞLANDI

Şadlıq sarayları və restoranlardan ətrafa tüstü buraxılır. Bununla bağlı son vaxtlar nazirliyə sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur.

XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusən də, şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır.

Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, iaşə müəssisələrinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlər əsasında araşdırma aparılır: "Bu obyektlərin insanların ehtiyacını ödədiyini, insanlara xidmət etdiyini nəzərə alırıq. Lakin bir qisim insanın rahatlığı digər insanların hüquqlarını pozmamalıdır. Çünki bir sıra ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə bu, narahatlıq hissi yaradır. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq cihazlar quraşdırılması təklif edilir. Ümid edirik ki, sahibkarlar bu məsələyə ciddi yanaşacaqlar və tədbirlər görüləcək”.

Ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli zərərli qaz birləşmələrdən hava nümunələri götürüldüyünü bildirib. "Şadlıq evləri ətrafında yoxlamalar aparılır. Şadlıq evlərində müasir avadanlıqların qurulması üçün bu iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib”.

Ətraf mühit üzrə Milli Monitorinq departamentinin əməkdaşı Cəlayir Səmədov bildirib ki, havada yanma məhsullarının miqdrı normadan dəfələrlə çox olub: "Karbon monooksidin miqdarı 12, kükürdördoksidin miqdarı normadan 4 dəfə çox müşahidə edilib. Bu iaşə obyektərində istifadə eidlən avadanlıqlar yenilənərsə, karbon monooksidin miqdarı tamamilə azala bilər”.

İ.İbrahimova bildirib ki, qarşıdan Ramazan bayramı gəlir və restoran sahiblərinə bundan istifadə edib, lazımi filtirləri quraşdırmaları tövsiyə edilir.

Xəbər lenti