"2003-cü ildə
Azərbaycan xalqı mənə böyük etimad göstərmişdir və o gündən bu günə
qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ildə prezident
seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə,
Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir".
XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.
Ölkə başçısı bildirib: "Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin
qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin
olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki,
dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr,
qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona
görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş
verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır,
insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin
edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin
təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar
birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla
inkişaf edən ölkələrdən biridir".
Prezident
qeyd edib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: "Biz
son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparırıq.
Bizim milli dəyərlərimiz, ənənəvi dəyərlər bizim üçün əsasdır. Çox
şadam ki, bu gün gənc nəsil milli ruhda tərbiyə olunur və milli ləyaqət
hissləri güclənir, müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən
qəbul edilir və dəstəklənir".