"O vaxt ki AXC-Müsavat
hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar
siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük
zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi"
XəzərXəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.
Ölkə
başçısı bildirib ki, xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi,
iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü.
Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq
üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdı.
"Biz o
günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün
Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o
mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o
anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və
öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın
qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə
müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli
sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya
gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək
kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O
ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir",
Prezident
qeyd edib ki, 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu
inkişaf yolu ilə gedir: "Baxmayaraq, 1994-cü və 1995-ci illərdə iki dəfə
dövlət çevrilişinə cəhd göstərilmişdir, ancaq Azərbaycan xalqı imkan
vermədi ki, cinayətkar ünsürlər hakimiyyəti bir daha qanunsuz zəbt
etsinlər. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyasəti imkan vermədi ki, kimsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin".