Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.Heydər
Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak
ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan
dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi
istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan
Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət”, "Şərəf” və
"İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı
əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın TASS
informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan
Respublikasının "Dostluq” və "Şöhrət” ordenləri laureatı Mixail Qusmana
və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə
görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq
Artisti, "Şöhrət” və "Şərəf” ordenləri laureatı Eldar Quliyevə "Qızıl
Çinar” beynəlxalq mükafatını təqdim edib.
Mərasim konsert proqramı ilə davam edib.