Xəzər Xəbər

Nazir müavini: "Paşinyanın bəyanatları danışıqlar prosesinin prinsiplərinə uyğun deyil"

Gündəm | 17:53 • 10 May 2018
Nazir müavini:

"Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulması deməkdir".

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

N. Paşinyanın işğal altında olan ərazilərə səfər zamanı Azərbaycanı qorxaq adlandırması və digər bu cür bəyanatlarla çıxış etməsinə təəssüfləndiyini qeyd edən nazir müavini bildirib ki, Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür həyasızcasına səfər etməsi və belə bəyanatlar verməsi danışıqlar prosesinin prinsiplərinə uyğun deyil.

Xəbər lenti