Xəzər Xəbər

Elmar Məmmədyarov Banqladeşdə İƏT-in iclasında iştirak edəcək

Gündəm | 10:04 • 4 May 2018
Elmar Məmmədyarov Banqladeşdə İƏT-in iclasında iştirak edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov 5-6 may tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında iştirak etmək məqsədilə Dəkkəyə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, İƏT xarici işlər nazirləri şurasının 45-ci sessiyasında nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Xəbər lenti